Yuxarı

Pərvin kişiləri təhqirinə cavab verdi: Demişəm...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərvin kişiləri təhqirinə cavab verdi:

Aktrisa Pərvin Abıyeva yerli saytların onun “azərbaycanlı kişiləri təhqir etdi” başlıqlı yazısına sərt reaksiya verib.

Kult.az xəbər verir ki, İnstaqram səhifəsində bu barədə paylaşım edən aktrisa saytların onun adından istifadə edərək reytinq qazandığını bildirib:

“Yenə biri Pərvinə söz atdı, reytinq qazandı, Pərvindən yazdılar. Səhifələr reytinqdən partladı.

Bezmədiniz mənim üzərimdən PR qazanmağa? Nə vaxtdan “bizim kişilər romantik deyil və bir az da köhnə fikirlidir” sözü təhqir olub? Biri çıxsın desin ki, bu təhqirdir. Düz deyirəm. Ölkəmiz nə qədər müasirləşsə də, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir.

Aktrisa, aparıcı və ya müğənnisənsə, boşanmısansa, azad yaşayışın varsa, demək, pis yolun yolçususan. Kişi olmayanlar da indi qalxıb ayağa. Biz öz həyatımızı yaşaya bilmirik. Ancaq başqalarınınm həyatına müdaxilə edirik”.

P.Abıyeva bildirib ki, birinin köhnə fikirli olduğunu demək ona təhqir sayılmır:

“Belə insanlar hamımızın ailəsində var. Söyüşlərinizi saxlayın özünüzə. Mən heç kəsin alğışı ilə doğulmamışam ki, qarğış və söyüşlə də gedim. Biz müasirləşə bilmirik. Demişəm, sözümün üstündə də dururam”.

Qeyd edək ki, tanınmış aktrisa Pərvin Abıyeva Türkiyənin məşhur "Hürriyət" qəzetinə müsahibə verib. Müsahibəsi zamanı türkiyəli müğənni Rafet El Romanla olan münasibətindən də danışıb, onu çox romantik adlandırıb. Azərbaycanlı kişilərin isə kobud olduğunu bildirib:

"Rafet çox romantik, səmimi insandır. O, Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər”.

Tarix
2017.11.25 / 12:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla