Yuxarı

Xalq artisti: "O, dizin-dizin sürünüb üzr istəməlidir"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: "O, dizin-dizin sürünüb üzr istəməlidir"

Məleykə xanım deyir ki, Ramiz Məlik dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb.

Bu sözləri Sputnik-ə xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.

Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə, məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Məleykə Əsədova Ramiz Məlikdən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

Tarix
2017.11.30 / 01:04
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla