Yuxarı

Türk musiqi qrupu bəstəkarımızla işə başladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk musiqi qrupu bəstəkarımızla işə başladı

Türkiyənin məşhur müsiqi qrupu gənc azərbaycanlı bəstəkarın mahnısını ifa edəcək.

Bu barədə informasiyanı Axar.az-a gənc və istedadlı bəstəkar Murad Arifin özü verib.

O, Türkiyənin ən məşhur musiqi qrupu olan Enbe Orkestri ilə yeni bir layihə üzərində işlədiklərini bildirdi. Artıq dördüncü türkiyəli sənətçi ilə çalışan gənc bəstəkar Enbe Orkestri ilə işləməkdən qürur duyduğunu deyir.

Sezen Aksu, Ajda Pekkan, Tarkan kimi müğənnilərlə çalışan, Pavarotti, Barri Vayt, Qloriya Geynır kimi dünyaca məşhur müğənniləri müşayiət edən musiqi qrupu bu dəfə də M.Arifin musiqisini təqdim etməyə hazırlaşır.
M.Arif qeyd edir ki, albom artıq təsdiqlənib:

"Sadəcə olaraq, hələlik ifaçının adını və mahnını açıqlaya bilməyəcəyəm. Çünki müqaviləyə əsasən albom çıxan ana qədər bu haqda mətbuata əlavə məlumat verə bilmərəm. Sevinirəm ki, daha bir mahnım Enbe Orkestri kimi məşhur bir qrup tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Türkiyənin çox tanınmış dj-lərindən biri olan Suat Ateşdağlı da satışa çıxardığı "Bosphorus night" abomuna dünyaca məşhur müsiqilərlə yanaşı Murad Arifin "İstanbul" mahnısını da əlavə etmişdi. Bundan başqa, gənc bəstəkarın "Ay qız oyan" mahnısını Türkiyənin sevilən müğənnisi Nil Karaibrahimgil, "İstanbul" mahnısını isə Zinət Sali öz albomlarına salıblar.

Tarix
2014.08.11 / 10:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla