Yuxarı

Məşhurlarımız Bakının mərkəzində izdiham yaratdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurlarımız Bakının mərkəzində izdiham yaratdı

Azərbaycan yazıçılar birliyinin üzvi, nəğməkar-şair Cəlal Qurbanov yeni layihəsi üçün azərbaycanlı məşhurları bir araya toplayıb.

Publika.az xəbər verir ki, Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Arif Babayev, Nəzakət Teymurora, aktyorlardan Xalq artisti Ramiz Novruz və Firəngiz Mütəllimova, Əməkdar artistlər Mehriban Zəki, Bəhram Bağırzadə, Vəfa Zeynalova, həmçinin Tahir və Cabir İmanov qardaşları, Səidə Quliyeva, Sevda və Emma Ələkbərzadə bacıları, müğənnilərdən Tünzalə Ağayeva, Natavan Həbibi, Zamiq Hüseynov, Abbas Bağırov, “Eurovison” təmsilçilərimiz Elnur Hüseynov, Nigar Camal, Eldar Qasımov, Samir Cavadzadə, Səbinə Babayeva, millət vəkil Qənirə Paşayeva, şair Nigar Həsənzadə, aparıcılardan Roza Tağıyeva, Həqiqət Rzayeva, Leyla Quliyeva, Kamilə Babayeva, Ranar Musayev, Nərgiz Cəlilova və başqaları sözləri Cəlal Qurbanova, musiqisi isə Xalq artisti Eldar Mansurova aid olan “Zəfərə doğru” mahnısının klipində rol alıb.

Bu möhtəşəm layihədə Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğurunda mübarizə aparan qəhrəmanlarımız və idmançılarımız yer alıb. Eyni zamanda ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə dövlət başçısı İlham Əliyevə dərs demiş 88 yaşlı biologiya müəlliməsi Emma Kazımova da iştirak edib.

Sənət adamlarının və ictimai xadimlərin Bakının mərkəzinə toplaşması izdihama səbəb olub.

Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutub. Cəlal Qurbanovun sözlərinə klip tezliklə tamaşaçılara təqdim olunacaq.

Layihənin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqının milli birliyi və həmrəyliyi nümayiş olunsun, vətənpərvərlik hisslərinin təbliğatı aparılsın.

Klip çəkilişlərindən maraqlı kadrları təqdim edirik:

Tarix
2018.04.06 / 13:10
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla