Yuxarı

Afaq Aslan Lotu Qulisiz qala bilmədi… - Gedir

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afaq Aslan Lotu Qulisiz qala bilmədi… -

Kult.az Publika.az-a istinadən Türkiyəyə köçməyə hazırlaşdığı deyilən müğənni Afaq Aslanın məsələ ilə bağlı fikirlərini təqdim edir:

- Afaq xanım, “Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, mən də uçacam”, sözlərini İnstaqramda paylaşmısınız...

- Ürəyimdən keçələri statuslarda ifadə edirəm. Bu sözlər hazırkı əhval-ruhiyyəmi əks etdirir.

- Türkiyəyə köçmək fikrində olduğunuz deyilir, dorğudur?

- Ola bilər.

- Türkiyəyə köçdükdən sonra müğənnilik fəaliyyətinizi davam etdirəcəksiniz?

- Əlbəttə. Lakin hər dəqiqənin öz hökmü olduğunu unutmaq olmaz. Heç kim əvvəlcədən proqnoz verə bilməz ki, sabah nə baş verəcək.

- “Həyatda hər şey ola bilər” hissəsi aydındır. Bəs ürəyiniz nə deyir?

- Sevgilim üçün darıxıram... Sevdiyim şəxs qardaş ölkədə yaşayır. Bu səbəbdən də birdəfəlik Türkiyəyə köçüb orada yaşamağı çox arzulayıram.

- Belə anladım ki, söhbət "Lotu Quli"dən gedir.

- Şəxsi həyatım barədə açıqlama vermirəm. O, insanın kim olduğunu deməyəcəm. Yalnız onu deyə bilərəm ki, hər saniyə onun üçün darıxıram.

- Sevgiliniz uğrunda qurban verməyə hazırsınız?

- Nəinki onun, ilk növbədə sevgim üçün hər şey edərəm. Sevgi həm ürək istəyir, həm cəsarət istəyir, həm də qurban tələb edir. Qarşındakını həqiqətən sevirsənsə, qurban verəndə tərəddüd etməməlisən. Sevgi naminə bir çox məsələlərin üstündən düşünmədən xətt çəkə bilərəm.

- Buna dəyər?

- Əgər o, insan o sevgiyə layiqdirsə, niyə də yox. Sevgi azaddır, yaşa baxmır. Vurulduğun insanın məmur, biznesmen və ya hər hansı peşə sahibi olmasının fərqi yoxdur. Sevəcəyin şəxsi özün seçmirsən, hisslər özü xəbərsiz gəlib səni tapır.

- Qarşı tərəfin sevgisinin güclü və saf olmasından necə əmin olmusunuz?

- Heç vaxt tək tərəfli sevgi yaşamamışam. Bir insanın mənə qarşı məhəbbətindən əmin olmasam, onu sevə bilmərəm.

- Ayrı-ayı şəhərlərdə yaşayırsınız. Uzun məsafələr münasibətləri soyudur?

- Düşünmürəm ki, zaman və məsafələr hisslərimizi soyutsun. Aramızdakı məsafə uzaq ola bilər, əsas odur ki, ürəklər yaxın olsun.

- Münasibətlərin uğurlu alınması üçün qadın, yoxsa kişi daha çox çaba göstərməlidir?

- Əsasən qadın. Uzaq məsafələr sevgini soyutmur, amma xırda yalanlar sevgini öldürür. Arada səmimiyyət və yalansız münasibət varsa, hər şey yaxşı olacaq.

Tarix
2018.04.06 / 14:10
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla