Yuxarı

Sibel Canın Bakı konserti: niyə gileyləndi?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sibel Canın Bakı konserti: niyə gileyləndi?

Türk şou biznesinin məşhur simalarından olan Sibel Can bu gün Bakı Konqres Mərkəzində konsert verib.

Axar.az xəbər verir ki, konsertin aparıcılığını tanınmış teleaparıcı Nanə Ağamalıyevaya edib. Aparıcı çıxışı zamanı məşhur müğənninin çıxışının məhz 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etmə səbəbini də açıqlayıb. Bildirib ki, 8 mart həm də konsertin əsas təşkilatçısı biznesledi Ruhi xanımın ad günüdür.

Konsert zamanı öz repertuarından mahnılar ifa edən müğənni eyni zamanda Azərbaycan musiqisinə də yer ayırıb. Onun ifasında "Sən gəlməz oldun", "Ayrılıq" və digər mahnılar səslənib.

Tamaşaçıların əyləşdiyi zala enən sənətçi ətrafında onu qoruyan cangüdənlərin canfəşanlığına baxmayaraq, onunla şəkil çəkdirmək və gül dəstəsi təqdim etmək üçün üzərinə yeriyən geniş insan kütləsi axını qarşısında aciz qalaraq, yenidən səhnəyə qayıdıb.

“Əslində, bütün zalı dolaşacaqdım, lakin bir çox insan ayaq üstündədir və mən geri qayıtmalı oldum. Arxa cərgədə əyləşənləri də nəzərə alın, onların nə günahı var axı?” - deyə müğənni giley edib.

Konsertin ikinci hissəsində Sibel Can məşhur rəqsləri ilə gecəyə xüsusi rəng qatıb.

Tarix
2019.03.09 / 02:57
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla