Yuxarı

Ermənilərin Bakı konserti ləğv edildi - Reaksiya

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Tahir İmanovun Bakıda "Comedy Woman" truppasının konsert verəcəyi ilə bağlı açıqlaması öz nəticəsini verib. Rusiyada erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin "Comedy Woman" truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.

Məsələ ilə bağlı "Buta Palace"ın marketinq meneceri Alla xanım Axar.az-a açıqlamasında planlaşdırılan konsertlərdən xəbərsiz olduqlarını bildirmişdi.

Təşkilatçı qismində çıxış edən "33 Event" şirkəti isə "Comedy Woman"ın Bakı konsertinə aid bütün afişaları öz Feysbuk səhifəsindən yığışdırıb.

Publika.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun cavabı belə oldu:

"Bu tədbir nazirliyin heç bir müəssisəsində keçirilmir və konsertin Mədəniyyət və Turizm Nazirliyi ilə heç bir əlaqəsi yoxdur".

Məsələyə münasibət bildirən məşhur komediya ustası Bəhram Bağırzadə Axar.az-a bildirmişdi ki, bu işlə aidiyyəti qurumlar maraqlanmalıdır:

"Bu, komediya məsələsi deyil, xüsusi orqanların işidir. Onlar aydınlaşdırmalıdır ki, necə olur ermənilər gəlir bura? Bu sualı bunun erməni layihəsi olduğunu bilə-bilə onları bura gətirən o şirkətə vermək lazımdı. Onların Bakıya gəlməsinə kim icazə verib? Necə olub ki, bu qrupa şərait yaradılıb? Teatr kimi, əlbəttə ki, onlar əladır. Bu "Comedy Woman" çox gözəl layihədir. Sağ əlləri bizim başımıza ki, biz də nə vaxtsa bir yerimizi qaldırıb elə bir layihə yaradaq".

Məlumat üçün bildirək ki, Rusiyanın "Comedy Club"u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı "Noviye Armyane" ŞHK komandası daxildir.

Tarix
2015.04.10 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla