Yuxarı

Lalə Məmmədova: Atam məni xatırlamır

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lalə Məmmədova: Atam məni xatırlamır

Hələ də valideynlərimlə yaşayıram. Yəqin ki, bundan sonra da onlarla yaşayacam. Çünki ayrı yaşamağı düşünmürəm. Atam xəstədir, ona mən baxıram.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olarkən deyib. Rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandıran müğənni atasının uzun müddətdir alzheymer xəstəliyindən əziyyət çəkdiyini bildirib:

“Atamda alimlərdə rast gəlinən alzheymer, yaddaş unutqanlığı xəstəliyi var. Sevdiyiniz insanın arada sizi unutmağı, xatırlamamağı, adınızı belə bilməməyi çox ağırdır. Yaddaşı gedib-gəlir.

Son 2-3 ildə xəstəliyi daha da kəskinləşib. Bir müddət əvvələ qədər dərs deyirdi. Lakin indi demir. O, nə vaxt yerindən qalxsa, ayaq səsinə oyanıram. Baxmayaraq ki, ayrı-ayrı otaqlarda yatırıq. Gecə vaxtı birdən oyanır. Elə ola bilər ki, öz otağını unudub, başqa otağa girsin. Ya da ki, çarpayısını tapa bilməsin. Ona görə də anam və mən hər zaman atamın arxası ilə qaçırıq.

Onun iş kabinetinə girib, kitablara baxıb, amma dərk etməməyi çox ağrılıdr. O kitablar arasında özünün yazdığı nəşrlər, elmi məqalələri də var.

Ən çox Sara Qədimovanın musiqilərini sevir. Elmi işlərinin arasında onun fotolarını kəsib saxlayırdı. Yutubdan konsertlərini qoyuram baxır. Musiqilərinə qulaq asanda başını yelləyir. Artıq bilirəm ki, o, musiqini xatırlayır. Bəzən keçmişlə bağlı sual verəndə məni də xatırlayır. Yadına salmağa çalışır. Amma artıq ağrı-acısını dili ilə deyə bilmir ki, filan yerim ağrıyır”.

Tarix
2021.03.07 / 22:07
Müəllif
Kult.az
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla