Yuxarı

8 martda 1 saata 15 min manat qazanan müğənni...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 martda 1 saata 15 min manat qazanan müğənni...

Bayramların ard-arda sıralandığı mart ayında restoranlarda açıq musiqi proqramları tərtib olunmaqdadır.

Məsələn, 8 martda restoranlarda yer qalmamışdı. Əksər restoranlarda isə musiqi proqramları vardı.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə xalq artistləri Aygün Kazımova, Brilyant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak etdi. Aygün Kazımova bayram günü 1 saat çıxış üçün 15 min manat qazanıb. Müğənni iki restoranda səhnəyə çıxıb.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, müğənni Səidə Sultan 5 məkanla anlaşıb. O, hər yarım saat üçün 2 min manat alıb.

Dj Roşka 35 dəqiqəlik çıxışının müqabilində 2 min manat gəlir əldə edib.

Xalq artisti Miri Yusif isə 1 məkanla razılaşıb. Onun külli miqdarda pul qazanacağı bildirilsə də, məbləğ açıqlanmayıb.

Qarşıdakı 9 günlük tətildə də eyni proses gözlənilir. Bu, işsiz və səhnəsiz qalan sənətçilərin bir qədər nəfəs alması deməkdirmi? Onlar restoranlarda səhnə almağa, oradan qismən qazanmağa necə baxırlar?

Müğənni İzzət Bağırov bildirib ki, şou proqramlara dəvət alsa, qatılar:

“Məni şou proqramlara dəvət edən olmayıb. Dəvət edən olsa, gedərəm. Onsuz da 1 ildir ki, işsizik, pul qazanmırıq. Bütün sənətçilər gözləyir ki, şou proqramlar, toylar başlasın. Mən də onlar kimi gözləyirəm ki, işimizin başına qayıdaq. Artıq koronavirusdan da qorxmuruq. 1 ildir işsizik”.

Müğənni Sevinc Musayeva deyib ki, toylara icazə verilsə, el şənliklərinə qatılar:

“Başqa ölkələrdə toylar başlayıb. Bizdə də başlasa, yaxşı olar. Bir ildir ki, işsizik. Dolanmaq getdikcə çətinləşir. Baxıram ki, sənət dostlarım Rusiyaya toylara gedir. 8 Martda da müxtəlif məkanlarda şou proqramlarda çıxış etdilər. Onların adına sevinirəm. Mən 5 ildir ki, şou proqrama getmirəm.

Toyları gözləyirəm”.

Tarix
2021.03.10 / 14:14
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla