Yuxarı

Müğənni İlhamənin həyat yoldaşı vəfat edib - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni İlhamənin həyat yoldaşı vəfat edib - Video

Müğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı etiraf edib.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi uzun müddətdir gündəmdən düşməyən həyat yoldaşı ilə ayrılması məlumatlarına son qoyub. O bildirib ki, əri dünyasını dəyişib:

“Ailə həyatım 4 il əvvəl bitib. Şayiələr yayıldı ki, boşanıb. Dedim, ayıbdır, sabah biləndə xəcalət çəkəcəksiniz. Verilişlərdə bu haqda çox suallar verildi. Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim”.

İlhamə şou-biznesdə dəb olan “Həci” söhbətinə münasibət bildirib:

“Kim necə qazanır, özü bilər. Heç kimi qınamıram. O, acından öləndə qapısını döyüb “salam” verməmişəm. Eləcə də mən ac qalanda, kimsə qapımı döyməyib. İndi insanlarda elə düşüncə yaranıb ki, kiminsə pulu varsa, mənə verməlidir. Biznesmen əziyyət çəkib qazanır. Mən acamsa, öz tənbəlliyimdir. Pis tərəfi bunu açıqlamalarıdır. Beş Həcin olsun, get yaşa. İç camaşırını açmağa ehtiyac yoxdur. Mən aclıq olsun, xoşbəxtlik olsun tərəfdarı deyiləm. İnsan kasıb olanda çox günah edir. Amma başqasına möhtacı olmayanda, pulu olanda günah işlərə əl atmırsan”.

Tarix
2021.03.12 / 11:11
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla