Yuxarı

Speys TV-nin növbəti uğuru: yeni və fərqli layihə - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Speys TV-nin növbəti uğuru: yeni və fərqli layihə - Foto

Speys TV-nin efirində növbəti yeni layihə yayımlanıb.

Bu barədə Kult.az-a telekanaldan bildirilib. Qeyd edilib ki, söhbət Rövşanə Ağasəfqızının aparıcısı olduğu “Olduğu kimi” verilişindən gedir.

Məlumat verilib ki, veriliş həftəiçi hər gün 18.20-də yayımlanır: "Olduğu kimi" layihəsini digər verilişlərdən fərqləndirən cəhət hər günün fərqli adlarla təqdimatıdır.

Günlərdən "Xarıbülbül" - Qarabağ tarixindən, mədəniyyətdən, incəsənətindən, musiqisindən, eləcə də 44 günlük haqq savaşımızda can qoymuş qazi-şəhid əsgərlərimizin qəhrəmanlığdan bəhs edir.

Günlərdən "Sarı köşə" - ölkənin məşhur insanlarının, dünyasını dəyişmiş incəsənət xadimlərinin, söz sahibi olan kəslərin məhrəm dünyasına baş vurur, iç dünyalarını açmağa çalışır.

Günlərdən "Söz klub" - daha çox qadınlara meydan verir, cəmiyyətdə baş verənlərə qadın baxış bucağını sərgiləyir.

Günlərdən "Çoxbilmiş" - tamaşaçı ilə birbaşa ünsiyyətdir. Həkim, vəkil, hüquqşünas, psixoloq və s. Yəni tamaşaçıya təmənnasız xidmət, telefon zəngləri əsasında düzgün yönləndirmədir.

Günlərdən "Profil" - sərbəst mövzudur. Sosial şəbəkələrin ən məşhur fenomeni, statusu təhqir və tənqidlə yanaşma haqqında danışılır.

Tarix
2021.04.08 / 15:51
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla