Yuxarı

Fərqanə Qasımova ərinin həbsindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərqanə Qasımova ərinin həbsindən danışdı

Xəbər verdiyimiz kimi, xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanovun həbsi bu gün sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Kult.az xəbər verir ki, Alim Qasımovun qızı, tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımova məsələyə İnstaqram hesabında münasibət bildirib.

“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var. Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır.

Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər. Yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın”, - əməkdar artist qeyd edib.

Xatırladaq ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Tarix
2021.08.25 / 01:03
Müəllif
Kult.az
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla