Yuxarı

Siyavuş Aslanın oğlu lə bağlı şok açıqlama - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı Siyavuş Aslanın uzun zamandır səfil həyat yaşayan böyük oğlu Çingiz Aslan barədə gözlənilməz açıqlama verib.

Kult.az Bizim.media-ya istinadla xəbər verir ki, A.Bəşirqızı Çingizin atası sağ ikən yaşadığı evdən 25 min dollar oğurladığını deyib.

“Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub.

Siyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var, açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında "Çinar" kafesi vardı. Obyektin altının 600 kvadratmetr sahəsi olardı. Ora Siyavuş Aslanın idi. Oranı milyon yarım manata tələm-tələsik satdılar.

Siyavuş Aslanın Dənizkənarı Milli Parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə 38 kvadratmetrlik evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O, evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi”.

Elgiz Əkbər isə A.Bəşirqızının bu sözlərinə “Çingiz dedi ki, atamdan 50 min dollar pul oğurlamışdım. Gəldim bulvara, yuxu məni tutdu. Başımı qoydum oturacağa, ayılanda gördüm ki, pul yoxdur. Siyavuş müəllimin çoxlu qızılları vardı. Hamısının “dalına keçdi”, – deyə cavab verib.

Tarix
2023.04.24 / 12:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla