Yuxarı

Röya əməlinə görə peşman olduğunu dedi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röya əməlinə görə peşman olduğunu dedi

Ya yanımda olun, yol göstərin, ya da susun.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan bir müddət əvvəl onu tənqid edən aktrisa Məlahət Abbasovaya efir vasitəsilə verdiyi sərt cavaba görə peşmançılıq duyduğunu bildirmək üçün rəsmi İnstaqram səhifəsində yazıb. Müğənni həmkarlarını hörmət çərçivəsində davranmağa çağırıb:

"Bəlkə də inanmayacaqsınız, amma əsəbdən deyirəm, sonra da özüm pis oluram. Xahiş edirəm, insanın zəhmətini, həyəcanını anlayın. Səhvim də olur, düzüm də. Ya yanımda olun, yol göstərin, ya da susun. Ağıllı kimi məsləhətlər verməyin. Çıxıb efirdə cavabınızı verirəm, sonra da pis oluram. Axı mən o ürəyin sahibi deyiləm. Bir-birimizə hörmət edək. Bir sözlə, hörmət qoyun, hörmət edim".

Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Məlahət Abbasova müğənni Röya Ayxanın Türkiyənin "Bəyaz şou" verilişindəki çıxışı ilə bağlı sərt fikirlər səsləndirmişdi. O, Röyanı verilişin bitməsinə 10 dəqiqə qalmış səhnə alaraq, özünü hörmətdən salmaqda ittiham etmişdi.

Röya isə efirdə aktrisa Məlahət Abbasovanın uzun müddət Türkiyədə yaşamasına baxmayaraq, "süpürgə tutmaqdan" başqa heç bir uğur qazana bilmədiyini demişdi.

Tarix
2016.01.11 / 10:51
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla