Yuxarı

Puqaçova İsraildən getdikdən sonra yoxa çıxdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Puqaçova İsraildən getdikdən sonra yoxa çıxdı

Rusiyalı müğənni Alla Puqaçova övladları ilə İsraili tərk etdikdən sonra yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” anonim mənbələrə istinadən məlumat yayıb.

Bəzi versiyalara görə, Puqaçova və uşaqları Kiprə gedib. Lakin o, uzun müddətdir dostları və qohumları ilə əlaqə saxlamır.

Digərləri isə onun uşaqları Liza və Harri ilə birlikdə ABŞ-a getdiyini istisna etmir:

“Alla Mayamiyə də gedə bilər. Müğənninin Mayamidə mənzili var. İsrail vətəndaşlığı artıq ABŞ-a vizasız giriş hüququ verir, Təl-Əvivdən uçuşlar həyata keçirilir. Bundan əlavə, Liza və Harri ingiliscə danışırlar. Onlar təhsillərini orada davam etdirə bilərlər”.

Qeyd olunur ki, divanın qəfil yoxa çıxmasına görə onun yaxınları narahatlıq keçirir:

“İsraili tərk etdikdən sonra bir neçə gündür ki, müğənnini heç kim görməyib. Təbii ki, Puqaçova və övladları İsraildə deyil. Amma onların Kiprdə olması barədə də məlumat yoxdur. Puqaçova dostlarının mesajlarına belə cavab vermir. Ola bilsin ki, o, əsl yerinin ictimaiyyətə məlum olmasını istəmir”.

Tarix
2023.10.24 / 15:14
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla