Müğənni Almaz Ələsgərlinin həmkarı Sevda Yəhyayeva haqda
səsləndirdiyi fikirlərə gənc müğənninin prodüseri Pərviz Əsgərov
cavab verib.
Axar.az xəbər verir ki, prodüser sosial şəbəkədə Sevda
Yəhyayevanı müdafiə edib. O, qalmaqallardan uzaq olmaq istədiyini
desə də, bu dəfə əsəblərini cilovlaya bilməyib:
"Sevda Yəhyayeva 2004-cü ildən peşəkar səhnədə fəaliyyət
göstərir. O, Teymur Göyçayevin rəhbərliyi altında orkestrlə canlı
konsert verib. Heydər Əliyev Sarayında, Yaşıl Teatrda verdiyi
konsertlərdə anşlaq yaşanıb. Ölkədən kənarda kliplər, albomlar,
layihələr reallaşdırıb. Şükrlər olsun ki, heç biri uğursuz
alınmayıb. Demək ki, səhnədə və gündəmdə qalmaq üçün əsrlər lazım
deyil.
Gəlin sizin və Sevda Yəhyayevanın bu günə qədər olan
fəaliyyətini yan-yana qoyaq. Fərqi özünüz görəcəksiz. Mən qalmaqal
yaratmaq üçün bu fikirləri səsləndirmirəm. Ümumiyyətlə, qalmaqala
ehtiyacımız yoxdur. Sadəcə, bundan sonra bizə qarşı kimsə
hörmətsizlik etsə, bunun cavabını artıqlamasıyla alacaq".
Qeyd edək ki, müğənni Almaz Ələsgərli veriliş zamanı Sevda
Yəhyayeva haqda "Onun oxuması üçün əsrlər lazımdır" fikrini
səsləndirib.