Yuxarı

Elnarə “Koroğlu”nu təhdid edib - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnarə “Koroğlu”nu təhdid edib - Açıqlama

Onlar öz günahlarını çox yaxşı bilirlər.

Bu sözləri müğənni Ülvi Qılınc əməkdar artist Elnarə Abdullayevadan polisə şikayət etməsi barədə Axar.az-a danışarkən deyib. O, müğənninin polisə çağırılmasının doğru olduğunu bildirib:

"Düzgün danışmırlar. Xəbərlərin hamısı doğrudur. Elnarə Abdullayevanı polisə şikayət etmişəm. Özü də çox yaxşı bilir niyə etmişəm. Gələcəkdə prosesin məhkəməyə gedib-getməyəcəyini bilmirəm. Hər şeyi zaman göstərəcək".

Elnarə Abdullayeva isə "Publika.az"a açıqlamasında mübahisənin efirdə dediyi sözə görə yarandığını deyib:

"İt ilində efirdə demişəm ki, oğluma sənətçi qız almaram. Ülvi də bunu əlində bayraq edib. Üstündən aylar keçib, efirə çıxıb deyir ki, niyə Elnarə müğənni xanımları təhqir edib, mən özüm də müğənni qızla evlənəcəkdim. Guya bunun qarşısını mən kəsmişəm. Qoymamışam müğənni xanımla evlənsin. Ay balam, get kimi istəyirsən al, mən Lenin, Engels deyiləm ki, sözüm aksiom kimi qəbul olunsun. Efirdə onun bu sözünü eşidəndən sonra özünə zəng etdim, dedim ki, səni ağrıdan nədir ki, it ilində dediyim sözləri indi yada salırsan. Get kimi istəyirsən al, mənə nə dəxli var. Sənin nəyinə lazımdır mənim müğənni xanımlarla bağlı fikrim. O da xəbər yayıb ki, guya onu telefonda hədələmişəm, ölümlə təhdid etmişəm. Özü özünə quyu qazıb. O telefon söhbətimiz yazılıb. Sübut olunanda ki, ona heç nə deməmişəm, dövləti aldatdığına görə cəza alacaq. Mənə qalanda, lazım olsa, polisə də gedərəm, izahat da yazaram".

Xatırladaq ki, Ülvi Qılınc "Koroğlu" operasında Koroğlu obrazını yaratması ilə məşhurlaşıb. Teatr tənqidçiləri bu obrazı yaradacaq sənətçi olmadığından uzun müddət "Koroğlu" operasının səhnəyə qoyulmadığını vurğulayaraq, Ülvi Qılıncı həm də fiziki baxımdan Koroğlu obrazına layiq şəxs kimi xarakterizə etmişdilər.

Əməkdar artist Elnarə Abdullayeva isə xanım olmaqla bərabər, fiziki baxımdan da çox zəifdir.

Tarix
2016.01.27 / 13:43
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla