Yuxarı

Aygün mediaya çağırış etdi: “İlhamə...”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün mediaya çağırış etdi: “İlhamə...”

İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın başına açdığı oyunları ört-basdır etmək üçün diqqəti bu məsələdən yayındırmağa cəhd edir.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova media nümayəndələrinə ünvanlandığı açıq məktubda yazıb. O, qələm əhlini bu mövzuda həssas olmağa və məsələni Quliyevanın istəyi ilə şouya çevirməməyə çağırıb:

"İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylər qızının son açıqlaması məni elə sarsıtdı ki, bir neçə saat özümə gələ bilmədim. Onun açıqlamalarında həqiqət gördüm. Bir şəhid bacısının, bir qadının, alçaldılmış, təhqir edilmiş, əzilmiş, döyülmüş, işgəncələrə məruz qalmış, çarəsiz bir ananın qorxu dolu fəryadına dözə bilmədim. Onu şəxsən tanımasam da, İlhamə Quliyevanı çoxları kimi yaxşı tanıyıram. Gəlin mətləbdən uzaqlaşmayaq. Rəy bildirən hər kəsin fikrinə sayğı ilə yanaşıram. Amma üçüncü insandan açıqlama alanda Aygün Kazımova və İlhamə Quliyeva qalmaqalı haqda yox, o yazıq hala salınmış, çarəsiz qalmış köməkçinin son açıqlaması haqda suallar ünvanlayın. Demək istəyirəm ki, bu faciədən şou düzəltməyək.

Bir ananın həyatı çox acınacaqlı vəziyyətdədir. İlhamə Quliyeva bu haqda danışanları, fikir bildirənləri, yazanları təhqir etməklə, məhkəmə və həbsxana ilə hədələməklə diqqəti əsas mövzudan yayındırmaq istəyir. Onun məqsədi köməkçisinin son məktubundakı ittihamları ört-basdır etməkdir. Gəlin, buna yol verməyək. Üzünüzü hüquq-mühafizə orqanlarına tutun, mikrofon və diktofonlarınızı onlara uzadın. Əziz jurnalistlər, haqq-ədalət, insanlıq yolunda bu məsələ ətrafında birgə olmağınızı rica edirəm".

Xatırladaq ki, İlhamə Quliyevanın qulluqçusu Mehriban Bəylər qızı Hüseynova "Yeni Müsavat"a məktub yollayaraq xalq artistini onu bıçaqlamaqda, işgəncə verməkdə və müxtəlif cinayətlərdə ittiham edib.

Tarix
2016.02.04 / 12:13
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla