Mərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında
söz-söhbət səngimək bilmir.
Bu dəfə aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə mövzu ilə bağlı
iddialı açıqlama verib.
Oxu.az xəbər verir ki, o, müğənni Əli
Mirəliyevin varisliklə əlaqədar mediaya verdiyi müsahibələrə belə
münasibət bildirib:
"Əli bəy, siz ortaya hardan çıxdınız heç bilmirəm, bilmək də
istəmirəm. İlhamə ölən gecəsi qızınız Samirəni tanıdım. Çox savadlı
və xanım bir qızdır. Mən hər birinizə sual verirəm: Azərbaycanlı
olan bir şəhid anası erməni kafirini nə vaxtsa, bağışlayar? Yox...
Bax İlhamə də səni (Əli Mirəliyevi – red.) ömür boyu bağışlamaz və
yaxınına buraxmazdı. Hamını gic yerinə qoya bilərsən, amma İlhaməni
yaxından tanıyanları yox. Təbii ki, İlhamənin tək varisi Orxandır,
başqası da ola bilməz. Çünki bütün həyatını İlhaməyə həsr edən
bircə oğludur. O ki qaldı Orxanın sənədləşmə və İlhamənin adına
keçməsinə siz də gözəl bilirsiniz ki, bu çox çətin bir prosesdir.
Sənədlər üçün ora-bura getməli olduğuna görə İlhamə bunu edə
bilmədi. İlhamənin dostları və sənətdə olanlar bilir ki, Orxan və
varis kimdir.
Son illərdə 73 yaşlı qocalmış adamın ürəyiə hər kəs yol tapa,
özlərini dost adlandıra bilər. Hər kəsə səslənirəm: Kimsə ortaya
düşüb xalalıq etməsin. İlhamənin bütün sirrini məndən başqa heç kim
bilə bilməz. Susub oturmağım günah olar deyə yazdım. Bir də ki,
İlhamənin dəfninə getməməyimi o və mən bilərəm. Bizim aramızda
danışıq olmuşdu, özünə demişdim ki, sən öləndə dəfnə gəlməyəcəm.
Əgər mən ölsəm, sən gəlmə. Bütün qohumluq etmək istəyən sərçələr,
oturun oturduğunuz yerdə. Əli Mirəliyev isə sənəti ilə məşğul
olsun. İlhamə ilə gündəmi zəbt edib, camaatın başını xarab
etməsin".