Yuxarı

Müğənnidən Əli Mirəliyevə hərbi xidmət - Cavabı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənnidən Əli Mirəliyevə hərbi xidmət - Cavabı

Diqqətə çatdırım ki, mən hərbi xidmətdə olmuşam.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev əməkdar artist Əli Mirəliyevin sözlərinə cavab olaraq sosial şəbəkədə yazıb. O, Əli Mirəliyevin sözlərindən təəssüf etdiyini bildirib:

"Təəssüf hissi keçirirəm ki, Əli müəllim tanıdı-tanımadı hamı haqqında eyni fikirdədir. Diqqətə çatdırım ki, mən hərbi xidmətdə olmuşam. Bir müddət arxa cəbhədə, daha sonra Füzulinin Əhmədbəyli kəndində ön cəbhədə hərbi xidmətimi başa vurmuşam. "Bu müğənnidir, hərbi xidmətə aparmaq olmaz və ya əlinə silah vermək olmaz" kimi üzərimdə hansısa fikir yürüdən olmayıb. Vətənə sevgi peşəylə ölçülmür. Cəsarətli və ya qorxaq insan sənət adamları arasında da, digər peşə sahibləri arasında da ola bilər.

Bəllidir ki, Azərbaycanın güclü ordusu var və hər bir əsgərimiz düşmənin önünə çıxa biləcək gücə malikdir. Əsgərlərimizə yetəri qədər təlimlər keçirilir. Mən bunun həm hərbi xidmət borcumu yerinə yetirəndə, həm də sənətçi kimi hərbi hissələrdə konsert verəndə şahidi olmuşam".

Xatırladaq ki, Əli Mirəliyev "Şou-biznesdən inanmıram kimsə cəbhəyə getsin. Hamısı qaçacaqlar. Şou-biznesdəkilər arvada bənzər kişilərdir", - deyib.

Tarix
2016.04.01 / 11:16
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla