Müğənni Mətanət Əsədova birinci nikahının alınmaması
səbəbindən danışıb. "Mövqe.az" ilə fikirlərini bölüşən müğənni
bildirib:
"Mən Mətanət olan gündən, əzəldən çox sevildim ancaq sevə
bilmədim. Birinci nikahım 10-15 gün içində qurulan bir iş idi.
Əvvəlki həyatyoldaşımla tanışlığım mağazada baş tutub. Mən
qohumumla mağazaya getdim, telefonumda problem var idi. Bu oğlan
telefonumu aldı və problemi həll etdi. Ondan sonra nömrəmi
götürmüşdü və zəngləşirdik. Mağazada o məni görəndə inanın
makiyajsız və saçımda da maska var idi, başım bağlı idi. O, məni o
gündə bəyənmişdi. Özü burada yaşamırdı və mənim müğənni olduğumu da
bilmirdi. Ailə qurduq. Amma dünyaya baxışlarımız fərqli idi. Həm də
o , məndən yaşda kiçik idi".
Müğənni ayrılma səbəbini də açıqlayıb: "Mən ayrıldım. Bir gün
evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki, gözəlim bəs nə
əcəb sən məndən yaşda böyük idin, utanmadın mənə ərə gəldin. Elə
bir başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və ona dedim
ki, bitdi Emil. Sən içimdəki Mətanəti qırdın, ona elə bir təpik
vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə... Bu gündən biz sənlə
olduq dost!".
Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də təmasda
olduğunu açıqlayıb : " Mən onunla dostam. Sabah nikahıolsa, gedib
oxuyacam və həyatyoldaşına da bahalı bir zinət əşyası alıb,
aparacağam. Vəssalam. Mən belə insanam".