Yuxarı

Azərbaycan qarşısında aciz qalan... - Uruqvay mediası

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan qarşısında aciz qalan... - Uruqvay mediası

Yanvarın 20-də Uruqvayın “Kronikas” qəzetində İsak Qliksberqin müəllifi olduğu “20 Yanvar: Azərbaycan vətəndaşlarının unutmayacağı bir tarix” adlı məqalə dərc olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, müəllif məqalədə 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki önəmindən bəhs edib. Azərbaycan xalqının bu hadisə ilə bağlı həm kədər, həm də qurur hisslərini yaşadığını bildirib. Yazıda 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin həlledici mərhələsi kimi səciyyələndirilib. Yazıda Azərbaycan xalqının ölkənin azadlığı uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsini uca tutduğu və bu günlərdə 20 Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanını saysız-hesabsız insanların ziyarət vurğulanıb.

Müəllif 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik uğrunda dinc mübarizəsi qarşısında aciz qalmış M.Qorbaçovun rəhbərliyi altındakı sovet hökumətinin Bakıya qoşun yeritməsi nəticəsində baş verdiyini qeyd edib. Lakin sovet rəhbərliyinin səylərinin nəticəsiz qaldığı, Azərbaycanın 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdiyi bildirilib.

Yazıda müstəqilliyin Azərbaycan xalqı üçün hədiyyə olmadığı və bunun yalnız insanların azadlıq sevgisi və əzmkar mübarizəsi ilə mümkün olduğu vurğulanıb.

Eyni zamanda, məqalədə bu gün Azərbaycanın müstəqil, suveren, demokratik, texnoloji baxımından inkişaf etmiş və müxtəlif xalqların nümayəndələrinin birgə sülh, harmoniya və qardaşlıq şəraitində yaşadığı nümunəvi bir ölkə olduğu bildirilib.

Müəllif Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını yazıb.

Tarix
2017.01.20 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla