Yuxarı

ATV redaktoru işdən çıxarıldı- Şirkət rəsmi açıqlama yaydı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV redaktoru işdən çıxarıldı- Şirkət rəsmi açıqlama yaydı

"Azad Azərbaycan" Teleradio Şirkəti Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar rəsmi açıqlama yayıb.

Axar.az Musavat.com-a istinadən həmin açıqlamanı təqdim edir.

"Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin "ATV Xəbər"də yayımlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq.

Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq. Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qəbuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib.

Ölkə ictimaiyyətinə dərin hörmətlə, "Azad Azərbaycan" Teleradio Şirkəti".

Tarix
2017.01.28 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla