Yuxarı

Özbəkistan portalı: "Azərbaycan böyük qayıdışa doğru..." - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan portalı: "Azərbaycan böyük qayıdışa doğru..." - Foto

Özbəkistanın "Tnews.uz" portalı özbək və rus dillərində “Azərbaycan böyük qayıdışa doğru ilk addımını atıb” sərlövhəli məqalə yayıb.

AzərTac xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladığı diqqətə çatdırılır.

Qeyd edilir ki, ötən ilin aprel ayında Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsi ermənilərin işğalından azad edilib və bu gün o torpaqlarda Azərbaycanın bayrağı dalğalanır. Bu isə növbəti dəfə Azərbaycan xalqının və ordusunun gücünü göstərdi. Azərbaycan sübut etdi ki, Ermənistanın işğal etdiyi torpaqları hərbi yolla qaytarmağa qadirdir.

Bildirilir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpası üçün nə lazımsa edəcək, məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət açılır.

Tarix
2017.01.30 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla