Yuxarı

MŞ sədri parlamentdə senzura sözünə qarşı çıxdı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi vəziyyət haqqında Qanun layihəsi aktualdır. Sənəd beynəlxalq təcrübəyə əsaslanır. Hiss olunur ki, üzərində kifayət qədər işlənilib. Dili də sadə və anlaşıqlıdır. Ölkəmiz müharibə şəraitindədir, hər an hərbi əməliyyatlar aktivləşə bilər. Müharibə şəraitində hüquq və vəzifələri müəyyənləşdirən belə bir qanunun olması son dərəcə vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əflatun Amaşov Hərbi vəziyyət haqqında Qanun layihəsi ilə bağlı çıxışında deyib. Millət vəkili layihə ilə bağlı iki məsələyə toxunub:

“Deyəcəklərim 1 və 10-cu maddələrlə bağlı olduğundan fikirlərimi bir yerdə ifadə etmək istərdim.

İlk növbədə “hərbi senzura” anlayışı üzərində dayanacam. Bildiyiniz kimi, Azərbaycanda tarix boyu, yəni ilk qəzetimiz olan “Əkinçi” nəşrə başladığı dövrdən senzura mövcud olub. Yalnız Ümumilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli fərmanı ilə hər cür senzura qadağan edildi. Həmin fərmanın imzalanması son dərəcə qətiyyətli və prinsipial addım idi. Senzuranın olmaması həm də ölkə üçün beynəlxalq nüfuz məsələsidir. Ulu Öndər bunu da nəzərə almışdı. Buna görə də biz bu gün yalnız ifadə baxımından olsa da, məsələyə həssas yanaşmalıyıq.

«Kütləvi informasiya vasitələri haqqında» Qanunun 7-ci maddəsində də birmənalı şəkildə senzuranın yolverilməzliyi diqqətə çatdırılır. Qanunda o da bildirilir ki, KİV-lərin hüquqları qanunvericilikdə göstərilən hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

«Hərbi vəziyyət haqqında» qanun layihəsində isə məhz qanunvericilikdə göstərilən istisna halları nəzərə alınıb. Bu, son dərəcə vacib məqamdır. Yəni qanunun ruhu əslində həmin istisnaları müharibə şəraitinə uyğun formada diqqətə çatdırmaqdır. Bu hal 10-cu maddənin 10.1.22, 10.1.23 və 10.1.24 bəndləri ilə bağlıdır.
Hərbi münaqişələr dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətində müəyyən məhdudlaşmaların olması labüddür. Bu, heç də söz və ifadə azadlığının pozulması deyildir. Dünyanın bir çox demokratik ölkələrində daha ciddi məhdudlaşdırmalar tətbiq olunur. Ancaq senzura ifadəsi işlədilmir. Doğrudan da son illərdə dünya təcrübəsində qanunvericilikdə yer alan ifadələrin, terminlərin liberallaşdırılması, kəskinliyinin azalması, yumşaldılması meyilləri hiss olunmaqdadır. Bir müddət bundan əvvəl Avropa Mətbuat Şuralarının Stokholmda keçirilən illik toplantısında mən də iştirak edirdim. Qərara alındı ki, bu sahədə əməli addımlar atmaq məqsədi ilə əlaqədar beynəlxalq təşkilatlara və Avropa Şurasına üzv olan ölkələrə müvafiq tövsiyələr edilsin.

Əlbəttə, müzakirə etdiyimiz qanun layihəsindəki «hərbi senzura» anlayışının da hərbi vəziyyət baxımından adekvat tədbirləri nəzərdə tutduğunu düşünürəm. Ancaq senzura sırf ifadə baxımından qıcıq yaratmazmı? O sözün hər hansı formadasa qarşılığını tapmağımız yaxşı olmazmı?

Birinci təklifim bundan ibarətdir ki, “Hərbi senzura” anlayışını “hərbi məqsədli məhdudlaşdırmalar” və ya “hərbi məqsədli qadağalar” ifadəsi ilə əvəz edək və orada KİV-lə bağlı məqamlar da ehtiva edilsin”.

Mətbuat Şurasının sədri daha sonra qanun layihəsindəki 10-cu maddə ilə bağlı fikrini səsləndirib. Bildirib ki, bu maddədə KİV-lərin fəaliyyətinin tənzimlənməsi məsələsinə ümumi yanaşılır:

“Halbuki məhkəmələrin, ombudsmanın və prokurorluq orqanlarının fəaliyyətinin tənzimlənməsi ayrıca maddələrdə əksini tapır. Təklifim budur ki, KİV-lə bağlı da eyni mexanizm seçilsin. Yəni KİV-lərin fəaliyyətinin tənzimlənməsi ayrıca maddədə göstərilsin. Buna ehtiyac var. Əvvəla media sahəsi kifayət qədər spesifikdir və dinamikdir. Qanun buna adekvat olmalıdır. Həm də söhbət KİV-in fəaliyyətinin hansısa formada məhdudlaşdırılmasından gedirsə, məsələ qanunda ciddi şəkildə əsaslandırılmalıdır”.

Tarix
2017.02.14 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla