Yuxarı

İordaniya mediası Xocalıdan və Aprel döyüşündən yazdı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
İordaniya mediası Xocalıdan və Aprel döyüşündən yazdı

İordaniyanın “Uruba” xəbər agentliyinin saytında və “Əl-Diyar” qəzetində Xocalı soyqırımına həsr olunan məqalələr dərc edilib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənilir. Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılır. Bildirilir ki, Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda törədilmiş qırğında 613 nəfər həlak olub, 150 nəfər itkin düşüb.

Məqalələrdə səfir Sabir Ağabəyovun, Senatda İordaniya-Azərbaycan qardaşlıq komitəsinin sədri senator Mərvan əl-Hmudun, Baş nazirin sabiq müavini Saleh Ərşidatın, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşounun, diplomat Muvaffaq əl-Acluninin, sabiq mədəniyyət naziri Samir Habaşnenin, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilk evi”nin baş direktoru Sultan Haşim Xəttabın, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armutinin və başqalarının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, ölkəmizə qarşı erməni təcavüzünə son qoyulmasını, Xocalıda törədilən qırğının dünya ictimaiyyəti tərəfindən soyqırımı və müharibə cinayəti kimi tanınmasını, işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsini tələb edən çıxışları haqqında bəhs olunur.

Məqalələrdə, səfir S.Ağabəyova istinadən erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi və bununla da bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyü diqqətə çatdırılır, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edilərək onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğu vurğulanır.

Məqalələrdə, həmçinin Xocalı soyqırımı ilə bağlı tarixi faktlar diqqətə çatdırılır, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanması barədə məlumat verilir.

Tarix
2017.02.15 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla