Yuxarı

Caginyan erməni işğalından yazdı - ABŞ mediasında

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da çıxan “Amerikan Spektator” nəşri ermənilərin “Meridian” qeyri-hökumət təşkilatı sədrinin müavini Süzanna Caginyan ilə “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri Şəlalə Həsənovanın “Bir qrup qadın müharibənin qarşısını necə ala bilər?” sərlövhəli məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, S.Caginyan və Ş.Həsənova “Ermənistan ilə Azərbaycan arasında Sülh üçün Platforma”nın altı təsisçisindən ikisidir. Məqalə Amerika Yəhudi Komitəsinin (Los-Anceles) ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş direktoru, siyasi şərhçi Ceyson Katsın ön sözü ilə təqdim edilib.

Məqalədə böyük ölkələrin də cəlb olunduğu regional müharibəyə çevrilə biləcək dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılır. C.Kats Dağlıq Qarabağ müharibəsinə toxunaraq yazır ki, Ermənistan xarici qüvvələrin dəstəyi ilə suveren Azərbaycanın ərazisinin böyük hissəsini, o cümlədən Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal edib. İşğal insanların kütləvi surətdə qətlə yetirilməsi, qadınlara zor tətbiq edilməsi, əmlakın yandırılması, kəndlərin və şəhərlərin viran edilməsi ilə müşayiət olunub. Nəticədə təqribən 30 mindən çox adam öldürülüb, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılar erməni qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalıblar. Hazırda bir milyonadək adam Azərbaycanın hüdudları çərçivəsində məcburi köçkündür, onlar münaqişənin nizamlanacağı, doğma ev-eşiklərinə, kəndlərinə, şəhər və ərazilərinə qayıdacaqları günü gözləyirlər. C.Kats 2016-cı ilin aprelində “dördgünlük müharibə” barədə yazaraq qeyd edir ki, erməni təcavüzkarlarına layiqli cavab verilib və nəticədə Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi, o cümlədən strateji yüksəkliklər azad edilib.

Ön sözdə deyilir ki, “Ermənistan ilə Azərbaycan arasında Sülh üçün Platforma” ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun simasında “sülhməramlıları” geridə qoymağa və sülh yaratmağa çalışır.

C.Kats yazır ki, dondurulmuş münaqişə hər iki ölkəyə zərbə vurub. Amma Azərbaycan öz iqtisadiyyatını, enerji və nəqliyyat layihələrini inkişaf etdirə bilib, halbuki işğalçılıq siyasəti üzündən inkişafdan kənarda qalan Ermənistan təklənmiş zona olaraq qalır.

S.Caginyan və Ş.Həsənova Ermənistan-Azərbaycan sülh platformasından danışarkən müharibənin viran qoyduğu Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyətin ciddi olduğunu qeyd edirlər. Münaqişənin nəticələri müharibə zamanı yerlə-yeksan olmuş Azərbaycan regionlarında, məcburi köçkünlər icmasında, habelə Ermənistanın inkişafdan qalmış yarıboş şəhər və kəndlərində aydın görünür.

Müəlliflər qeyd edirlər ki, bu cür aqibətdən yaxa qurtarmaq, Ermənistan və Azərbaycan üçün daha yaxşı birgə gələcək naminə sülh və həmrəylik şəraitində yaşamaq olar. Gələcəyimiz üçün etnik şovinistlərin və təcavüzkar separatçıların bizə sırıdığı acı təcrübə deyil, məhz bu, əsas olmalıdır.

Sonra ötən ilin dekabrında əsası qoyulan və Ermənistan ilə Azərbaycandan vətəndaş cəmiyyəti fəallarının sülhyaratma səylərini birləşdirən “Ermənistan ilə Azərbaycan arasında Sülh üçün Platforma” layihəsindən danışılır. Platforma Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırır, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına hörmətlə və təhlükəsiz qayıtmasının vacib olduğunu göstərir. Platforma münaqişənin mərhələli həll olunması və regionda davamlı sülhün bərqərar edilməsi məqsədi ilə əvvəlcə Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı 7 rayonun azad edilməsinin vacibliyini də vurğulayır.

Tarix
2017.02.16 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla