Yuxarı

Həyat yoldaşıma dedim ki, Azərbaycana getsən... - Kluni

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyat yoldaşıma dedim ki, Azərbaycana getsən... - Kluni

Hollivud aktyoru Corc Kluni etiraf edib ki, öz xanımı Amal Klunini Azərbaycana səfər etmək fikrindən daşındırıb.

Kult.az Virtualaz.org-a istinadən bildirir ki, məşhur aktyorun bununla bağlı fikirlərini "Hollivud Reportyor" ("The Hollywood Reporter") yayıb.

Xatırladaq ki, məşhur Britaniya vəkili Amal Kluni vaxtilə Avropa Məhkəməsində “ermənilərin soyqırımı”nın inkarında ittiham edilmiş Perinçəyin işi üzrə prosesdə ermənilərin maraqlarını təmsil edirdi. Kluni o prosesi biabırcasına uduzdu.

“Necə oldusa, Amalla razılaşdıq ki, işimizdə bizi təhlükəli vəziyyətlərə qoymağa imkan verməyəcəyik. Bu o vaxt idi ki, Amal Maldiv adalarında idi və sabiq prezident Məhəmməd Naşedin həbsxanadan azad olunmasına nail olmağa çalışırdı. O, nəhayət, Maldiv adalarını tərk edəndə Azərbaycana getmək istəyirdi, onda orada onun daha bir müştərisi var idi”, - deyə Corc Kluni bildirib.

Hollivud aktyoru etiraf edib ki, öz arvadını Azərbaycana səfər fikrindən daşındırmaq üçün onunla sövdələşməyə getməyə məcbur olub:

“Mən ona müqaviləmizi xatırlatdım. Mən Cənubi Sudana səfərimi ləğv etməyə razılaşdım, o da Azərbaycana səfərdən imtina etməli idi. Və o razılaşdı”.

Tarix
2017.09.07 / 22:48
Müəllif
Kult.az
Digər xəbərlər

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla