Yuxarı

Bəhram çağırış etdi: İyunun 1-i gəlin...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az əməkdar artist Bəhram Bağırzadənin Teleqraf.com-a müsahibəsini ixtisarla təqdim edir:

- Artıq ömrün yarısıdır. Sizin üçün bu yaşın anlamı nədir?

- Həyatım artıq iki yerə bölünür, komadan əvvəl və sonra... 48 yaşıma çatdım, axirəti görüb gəldim. Bu iki il ərzində həyatımı, dəyərlərimi tamamilə dəyişdim. Allah qismət etsə, ömrümün axırına qədər xeyirxah işlərlə məşğul olmaq istəyirəm. Ailədə, cəmiyyətdə uşaqlara münasibət, onların tərbiyəsi haqda maarifləndirici kitablar nəşr etmək niyyətindəyəm. Ümumiyyətlə, uşaqlara aid nə varsa, onlarla məşğul olmaq istəyirəm. Çünki uşaqlarla çox az məşğul olunur. Mən gücümü səfərbər etmək istəyirəm. “Planet Parni iz Baku” KVN Teatrından, kinodan və başqa işlərdən uzaqlaşmaq istəyirəm. Bundan sonra ancaq xeyirxah işlərlə məşğul olmaq istəyirəm.

- Yaradıcı insanın sənətdən uzaqlaşması çətindir. Sənət üçün darıxmayacaqsınız?

- Mən darıxan insana oxşayıram?! (gülür) Hər gün fəaliyyətdəyəm. Darıxsam klip, videoçarx çəkərəm. Hər şey istəkdən asılıdır. Yəhudilərin belə bir sözü var: Həyatdan həzz almaq lazımdır. Ona görə də həyatı mənalı yaşamaq lazımdır, ürəyin nə istəyir onu et. Bu vaxta qədər ürəyim istəməyən işlər də görmüşəm. Sifarişlər olub, məcburiyyət qarşısında reklama çəkilmişəm. Çünki evə çörək aparmalısan. Amma bundan sonra mən seçəcəyəm, çəkilim, yoxsa çəkilməyim. Yəni istəmədiyim yerlərdə çəkilməyəcəm, istəmədiyim tamaşalarda oynamayacam, istəmədiyim yerlərə getməyəcəm. Bəzi yerlərdə iştirak edəcəm, amma çəkilməyəcəm.

- Uşaqlara yalnız Hacı Zeynalabdin Tağıyevin haqqında nəşr etdirdiyiniz kitabınızı pulsuz hədiyyə etdiyinizi açıqladınız. Niyə məhz bu kitabı hədiyyə edirsiniz?

- Hacı Zeynalabdin Tağıyevin haqqında kitabı satmaq ayıb və günahdır. Hacı Zeynalabdin Tağıyev o qədər xeyirxah işlər görüb ki... Ona görə də bu gün Hacının kitabını satsaydım, böyük günah işlədə bilərdim. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günü Hacı Zeynalabdin Tağıyevin heykəlinin qarşısında 1000-ə yaxın kitabı imkansız uşaqlara hədiyyə edəcəm. Sizin saytınız vasitəsilə demək istəyirəm ki, kimin kitab almağa imkanı yoxdursa, iyunun 1-də Hacı Zeynalabdin Tağıyevin heykəlinin önündə onları gözləyəcəyəm, imza günü keçirib, bütün uşaqlara kitab hədiyyə edəcəyəm.

- Bəhram müəllim, Ukrayna Prezidenti Vladimir Zelenski həmkarınızdır. Ukraynadakı hazırkı vəziyyəti və onun siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Heç vaxt siyasətlə məşğul olmamışam, fikrim də zamanla dəyişmir. Yeri gəlmişkən deyim ki, Vladimir Zelenski ilə eyni komandada oynamışıq. Onun siyasi fəaliyyətinə gəlincə, ancaq özüm haqqında danışa bilərəm. Hər insan öz işi ilə məşğul olmalıdır.

- Bəhram müəllim, yumor komandası yaratmaq kimi fikriniz varmı?

- Mən artıq bu işlərdən uzağam və bununla məşğul olmaq istəmirəm. Yeganə tamaşaçım anam idi, o, məni yaşadırdı. Anam isə bir il yarımdır ki, koronavirusdan rəhmətə gedib. Hazırda yoxdur. Bu demək deyil ki, başqa işə gedirəm. Xeyr, sadəcə olaraq formatı dəyişirəm. Bunu başqaları etsin. Bu il də “Planet Parni iz Baku” KVN teatrında səhnəyə çıxmayacağam. Buna səbəb səhhətimdir. Hər yaşın öz mərhələləri var. Artıq 50 yaşım olacaq. Amma bu demək deyil ki, digərləri məşğul olmasınlar. Amma Moskvaya gedim Azərbaycanı KVN-də təmsil edim, xeyr, olmayacaq. Qoy cavanlar ölkəmizi təmsil etsinlər. Yeni nəsil gəlir.

- Tiktok sosial platformasında bir şəxsə “Nə məsləhət görürsən?” sualı ilə müraciət etdiniz. Bəzi insanların tənqidinə məruz qaldınız və videonu sildiniz. Üzr istəməyə zərurət nədən yarandı? Çünki Azad adlı şəxs çəkmə desə də, danışmağa davam etdi.

- Çünki cəmiyyətdə bəzi insanlar düzgün qəbul etmədilər. Həqiqətən kamil insanlarla oturub-durmaq istəyirəm. Kamil insanların isə sayı azdır. Məni düzgün qəbul etmədilər.

- “Nə məsləhət görürsən?” layihəniz davam edəcəkmi?

- Bəli, hazırda da davam edir. Nəyisə görən kimi tez çəkirəm. Bacardığımı lentə alıram. Sosial şəbəkədə etdiyim paylaşımlar çox tez diqqət çəkir.

- Sosial şəbəkədə izləyiciləriniz çoxdur. Ümumiyyətlə, gününüzün neçə saatını sosial şəbəkədə keçirirsiniz?

- Gün ərzində maksimim 40 dəqiqə sosial şəbəkədə vaxt keçirirəm. Bir dəfə paylaşım edirəm, camaat da elə bilir ki, bütün günü sosial şəbəkədəyəm.

Tarix
2022.05.27 / 22:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla