Yuxarı

Leyla Əliyeva Qəbələdə “Qış nağılı” festivalının açılışında

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Qəbələdə “Qış nağılı” festivalının açılışında

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Kult.az xəbər verir ki, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert proqramı təqdim olunub.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A.Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”, M.Mirzəyevin “Azərbaycan rəqsi” ifa olunub.

Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqisi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyə biləcəklər.

Tarix
2026.02.07 / 00:46
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla