Yuxarı

“Sarı gəlin”ə möhtəşəm klip çəkildi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sarı gəlin”ə möhtəşəm klip çəkildi - Video

“Bumeranq Label” (Boomerang Label) şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü, Orxan Məmmədlinin ideya müəllifiliyi və rejissorluğu ilə “Sarı gəlin” mahnısına yeni nəfəs verilib.

Kult.az xəbər verir ki, “Sarı gəlin”in klipi Bənövşə Allahverdiyevanın ifasında qrafika əsasında özünəməxsus tərzdə hazırlanıb. Layihənin ideyası beş il əvvəl yaransa da, reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.

Layihənin rəhbəri, baş şirkətin prodüser və montaj rejissoru Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində “Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.

Klipdə Şərqdə qadının gücü tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş dayanır.

Məzmunda Səfəvilər, Osmanlı, Şirvanşahlar, Ağqoyunlu, Atropatena dövlətlərinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən-torpaq bağlılığı əks olunur.

Klipdə müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir. Klipin VFX-i isə İlkin Eminova məxsusdur.

Qeyd edək ki, dünyanın sevərək dinlədiyi “Sarı gəlin”in tarixi məzmunda təqdimatı yenilikdir. Dili olmayan musiqi bundan sonra mədəni irsimizi bir daha sərgiləyəcək.

Tarix
2021.06.01 / 15:32
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla