Yuxarı

Məşhur müğənni peyvənddən imtina etdi, konserti ləğv olundu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur müğənni peyvənddən imtina etdi, konserti ləğv olundu

Türkiyəli müğənni Yıldız Tilbənin 18 sentyabrda Kiprdə keçirəcəyi konsert ləğv olunub.

Kult.az xəbər verir ki, 55 yaşlı müğənni sosial media hesabında peyvənd olunmağa və koronavirus testi verməyə etiraz edib.

"İstəyən peyvənd olunar, istəməyən olunmaz. Bu, insanların şəxsi seçimidir. İnsan hüquqları toxunulmazdır. Peyvənd pasportu tələb etmək konsertə gedənlərə qarşı qəddarlıqdan başqa bir şey deyil. Kinoteatrda film seyr etmək, səyahət etmək üçün koronavirus testi qəddarlıqdır. Öz konsertimə getmək üçün peyvənd olunmayacam. Məndən uzaq durun”, - müğənni qeyd edib.

Qeyd edək ki, Türkiyədə sentyabrın 6-dan etibarən konsertlərə və tədbirlərə gedəcək insanlara peyvəndləmə məcburi olub.

Tarix
2021.09.04 / 00:13
Müəllif
Türkan Camal
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla