Yuxarı

Beynəlxalq Bakı Caz Festivalı açıq elan olundu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq Bakı Caz Festivalı açıq elan olundu

Sentyabrın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beer Hall and Music Club”da XVI Beynəlxalq Bakı Caz Festivalının açılışı olub.

Kult.az xəbər verir ki, ikiillik fasilədən sonra keçirilən Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunub.

Festival “Fetiblue triosu”nun çıxışı ilə başlayıb. Feti Çağlayanın gitarasının məlahətli səsi gecəyə xüsusi rəng qatıb. Həmin gün “Dock in Absolute” qrupu da öz ustalığını nümayiş etdirib. Onların repertuarında səslənən həzin, bəzən də insan ruhunu coşduran mahnılar zalda əyləşənləri başqa bir dünyaya aparıb. Gecə cem-seyşnla davam edib.

Festival pandemiya qaydalarına uyğun təşkil olunub. Vaksin olunmayan şəxslər konsertə buraxılmayıb.

Qeyd edək ki, festival 8 gün davam edəcək və sentyabrın 18-də “Shahdag Night Club”da qala konsertlə başa çatacaq.

Bu günlər ərzində festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Tarix
2021.09.10 / 22:16
Müəllif
Kult.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla