Yuxarı

Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:28

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir.

Kult.az Report-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı keçirilir:

"Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcək. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib:

"Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək".

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:

"Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir heykəlinin yerləşdiyi bağda azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək".

Tədbir konsert proqramı ilə davam edir.

Tarix
2021.09.18 / 15:48
Müəllif
Kult.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla