Yuxarı

Şuşada "Xarıbülbül" festivalı başladı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada "Xarıbülbül" festivalı başladı

00:11

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.

Axar.az xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:

- Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)

- Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)

- Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)

- Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı

- "Cəngi" Estrada Folklor Rəqs Ansamblı

- Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu

- Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)

- "Colors of Pakistan" qrupu (Pakistan)

- Azərbaycan Dövlət Rəqs Ansamblı

- "Yuma" dueti (Tunis)

- "Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)

- Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)

- "Baxor" Rəqs Ansamblı (Özbəkistan)

- Əməkdar artist Aybəniz Haşımova (mügənni) və "Bülbüllər" qrupu.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.

Tarix
2022.05.12 / 12:05
Müəllif
Kult.az
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla