Yuxarı

Məndən konserti ləğv etməməyi tələb edirlər - Şəbnəm

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konserti mən özüm təxirə salmışam. Bizə İsraildən heç kim “konserti təxirə sal” deməyib.

Bu sözləri Kult.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.

“Sentyabr ayının 13-də şəhid xəbəri gələn kimi dərhal konsertimi ləğv etdim. Saytlarda yanlış başlıqlar yazırlar ki, orada yaşayan insanlar bunu məndən tələb edib. Xəbəri olduğu kimi yazsalar, daha yaxşı olar. Biz bəyəm xalq düşməniyik ki, şəhidimiz olduğu halda konsert verək? Yazırlar ki, guya onlar belə dönəmdə konsert istəmirlər. Xeyr, bu, doğru məlumat deyil. Əksinə, onlar məndən konserti təxirə salmamağı tələb edirlər. Hətta imtina etdiyim üçün təşkilatçılar mənə qarşı təzminat davası açıblar. Mən onlardan aldığım üç min dolları artıq dünən geri qaytarmışam”, - Şəbnəm Tovuzlu deyib.

Xatırladaq ki, İsraildə yaşayan azərbaycanlılar ifaçının konsertinin ləğv edilməsini məhz özlərinin tələb etdiyini iddia edirlər:

“Bizim içimiz burda qan ağlayır. Hər gün şəhidlərə, şəhid tabutlarına baxıb ağlayırıq. Şəbnəm də bura konsertə gəlir. Ayıb deyil? Sən pulunu almısan, sənə nə var, gəlirsən. Biz sənin bura gəlməyini istəmirik. Səni İsraildə tanıyan var, israillilər üçün gəlmirsə ki? Sən azərbaycanlılar üçün gəlirsən, biz də istəmirik. Ayıbdır, şəhidlərin ailələrindən utan, biabırçılıqdır".

Qeyd edək ki, konsert 21 sentyabrda İsrailin Aryuda şəhərində keçiriləcəkdi.

Tarix
2022.09.19 / 13:01
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla