Yuxarı

Avropa ermənilərin kampaniyasını rədd etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ermənilərin kampaniyasını rədd etdi

Avropa Yayımları Birliyi Avroviziya-2016 yarışması ilə bağlı Change.org saytında açılan petisiyaya münasibət bildirib.

Axar.az xarici mediaya istinadla xəbər verir ki, Birlik səsvermənin nəticələrinə yenidən baxılması barədə petisiyanın istəyini rədd edib. "Ukrayna qalibdir və bu nəticə dəyişməyəcək", - təşkilatçılar vurğulayıb.

"Razı olub-olmamağınızdan asılı olmayaraq, biz bu petisiyanı imzalayan şəxsləri müsabiqənin həqiqi və ədalətli nəticələrini qəbul etməyə çağırırıq", - Avropa Yayımları Birliyi qeyd edib.

Təşkilatdan həmçinin bildirilib ki, bu müsabiqədə yalnız bir şəxs qalib olur, amma hər zaman nəticəni qəbul etməyənlər və şəxsi fikir səsləndirənlər var.

Xatırladaq ki, Ukrayna təmsilçisi Camalə Krım tatarlarının sürgün edilməsini özündə ehtiva edən "1944" mahnısı ilə Avroviziya-2016 müsabiqəsinin qalibi olub. Bu qələbəni həzm edə bilməyən İrəvanda yaşayan Artur Ohanesyan sözügedən saytda petisiya başlatmışdı. Tələb olunan 35 min səs toplandıqdan sonra (hazırda petisiyanı 343 min şəxs imzalayıb) qurum bu istəyə rəsmi açıqlama bildirdi.

Tarix
2016.05.18 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla