Yuxarı

Orban gizli şəkildə Putinə hərbi dəstək verib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban gizli şəkildə Putinə hərbi dəstək verib

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlığı dərinləşdirərək, AB sanksiyalarından yan keçməyə və Rusiyanın müdafiə sənayesini gücləndirməyə kömək edib.

Axar.az xəbər verir ki, bu barədə “İnformNapalm” və “Militant İntelligence” nəşrləri “OpsHackRussia’sDay” əməliyyatı materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən əməliyyat zamanı Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli Rusiya şirkətlərinin bütün şəbəkəsi sındırılıb və onların daxili korporativ yazışmaları əldə edilib.

Məqalədə aşağıdakı sənədlər dərc olunub:

- Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin Macarıstan Müdafiə Nazirliyinə məktubu (2016).

- Macarıstanla əməkdaşlığa dair Rusiya Helikopterləri ASC-dən arayış (2016).

- “Oboronprom” ASC-nin məhsulları üçün uyğunluq sertifikatı (2014).

- Budapeştlə bağlı “İsrael Aerospace İndustries”dən “Rusiya Helikopterləri”nə məktub (2018).

Söhbət Macarıstan helikopterlərinin Rusiya və bir İsrail şirkətinin təmiri sifarişlərindən, habelə Rusiyadan onlar üçün komponentlərin tədarükündən gedir.

Bildirilib ki, Rusiya beynəlxalq sanksiyalara baxmayaraq, sistematik olaraq Macarıstandan hərbi-sənaye şirkətlərinin AB və NATO bazarlarına daxil olması üçün mərkəz kimi istifadə edib.

Tarix
2025.08.01 / 13:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla