Yuxarı

TBMM əməkdaşı əri tərəfindən öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
TBMM əməkdaşı əri tərəfindən öldürüldü - Foto

Ankarada boşanma prosesində olan ərinin bıçaqlı hücumuna məruz qalan Türkiyə Böyük Millət Məclisinin (TBMM) əməkdaşı Saliha Akkaş müalicə aldığı xəstəxanada vəfat edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, iki gün əvvəl yaşanan hadisədə Saliha Akkaş evinə gələn, boşanma mərhələsində olduğu əri Salih Akkaşı içəri buraxıb.

Cütlük arasında başlayan mübahisə qısa zamanda dəhşətli hadisəyə çevrilib - Salih həyat yoldaşını boğazından bıçaqlayaraq ağır yaralayıb, daha sonra özünü tavandan asaraq öldürüb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı qadını dərhal xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Saliha Akkaş bu gün səhər saatlarında dünyasını dəyişib.

Qadının TBMM-də çalışdığı və iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı istintaq davam etdirilir.

Tarix
2025.08.06 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla