Yuxarı

3+3 formatında növbəti görüş Bakıda keçirilə bilər - Kostanyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
3+3 formatında növbəti görüş Bakıda keçirilə bilər - Kostanyan

Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın İRNA agentliyinə müsahibəsində deyib.

“Hesab edirik ki, bu dialoq formatı regional, xüsusən də nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində olan layihələrin müzakirəsi üçün əlverişli platformaya çevrilə bilər”, - o bildirib.

Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb.

“Nazirlərin son bəyanatına görə, növbəti görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Biz həmçinin Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələrin aparılması imkanlarını da nəzərdən keçiririk”, - nazir müavini vurğulayıb.

Tarix
2025.08.14 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla