Yuxarı

Mirziyayev Qəbələdə TDT sammitində iştirak edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayev Qəbələdə TDT sammitində iştirak edəcək

Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Ş.Mirziyayev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.

"Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Tarix
2025.10.05 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla