Yuxarı

Misir qəzzalılar üçün böyük düşərgənin tikintisinə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir qəzzalılar üçün böyük düşərgənin tikintisinə başlayır

Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır.

Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin nümayəndələri Kuşner və Stiv Uitkof Misirə gəlib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.

Tarix
2025.10.05 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla