Yuxarı

Zelenski buna dərhal razılaşdı, lakin... - Yermak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski buna dərhal razılaşdı, lakin... - Yermak

Bir görüşlə hər hansı danışıqları başa çatdırmaq mümkün deyil. Çünki bu, böyük müharibədir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak bildirib ki, Ciddədə keçirilən görüş zamanı ABŞ prezidenti Donald Tramp qeyd-şərtsiz və hərtərəfli atəşkəs təklif etmişdi:

“Ukrayna prezidenti Zelenski və biz dərhal razılaşdıq. Bu Amerika tərəfinin təşəbbüsü idi. Sonra onlar gördülər ki, Rusiya buna getmir və vəziyyət dəyişir.

İndi hamını bir sual maraqlandırır. Əgər raket və dronlar uçmağa davam edirsə bu gün necə sülhdən danışmaq olar? Ona görə də hazırda istənilən danışıqları tək bir görüşlə yekunlaşdırmaq mümkün deyil. Çünki bu böyük bir müharibədir.

Məhz buna görə bu gün artıq hər kəs anlayır ki, atəşkəs zəruridir. Bu gün biz atəşkəs üçün konkret bir müddət təyin etməli olduğumuzu deyirik. Həmin müddət ərzində hamı 24/7 rejimində danışıqlar üzərində işləsin və hər hansı bir razılaşma variantı axtarsın. Bu təklif tamamilə məntiqli səbəblərdən irəli gəlib.

Görünür ki, Rusiya bundan imtina edir. Rusiya yalnız bundan deyil, ümumiyyətlə hər şeydən imtina edir, özü isə heç nə təklif etmir. Sadəcə 2022-ci ilin İstanbul şərtini dəyişərək təqdim etdi. Əslində isə orada yeni heç nə yoxdur”.

Yermak əlavə olaraq bildirib ki, Ağ Evdə olan görüşdən sonra Rusiyanın Ukraynaya raket hücumu hadisəsi amerikalılar üçün tamamilə dəhşətli idi.

Tarix
2025.08.30 / 09:09
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Azərbaycanlı fotoqraf Makrona məktub yazdı

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla