Yuxarı

Ruslar kol dibində səs verdi - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar kol dibində səs verdi - Şok

Kareliya Respublikasının Medvejyeqorsk rayonunun Axvenlambi kəndində keçirilən seçkilər sakinlərin yaddaşında olduqca qeyri-adi mənzərə ilə qalıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, yerli əhalinin sözlərinə görə, seçki günü kənddəki klub binası bağlı olduğundan insanlar ənənəvi qaydada məntəqədə səsvermə hüququndan istifadə edə bilməyiblər.

Klub binasının açarının kimdə olduğunu heç kimin bilmədiyi, hətta binanın sahibinə seçkilər barədə öncədən məlumat verilmədiyi üzə çıxıb.

Bu səbəbdən seçki komissiyası səsverməni küçədə təşkil edib. Lakin burada da səsvermə üçün heç bir şərait yaradılmayıb: nə seçki kabinələri, nə də seçicilərin gizliliyini təmin edən hər hansı imkan olub. Seçicilərə sadəcə kolların arxasına keçərək səs vermələri təklif olunub.

“Yabloko” partiyasından deputat Emiliya Slabunova bildirib ki, bu hal seçki prosesinin əsas prinsiplərinin – gizlilik, şəffaflıq və qanunçuluğun – kobud şəkildə pozulduğunu göstərir. Deputat əlavə edib ki, seçkilərin belə formada keçirilməsi nəinki seçicilərin hüquqlarını məhdudlaşdırır, həm də seçkiyə olan etimadı sarsıdır.

Hadisə həm yerli sakinlər, həm də sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə doğurub. İnsanlar kənd camaatının “kol dibində” səsverməyə məcbur qalmasını seçki sistemindəki xaosun nümunəsi kimi qiymətləndiriblər.

Tarix
2025.09.15 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla