Yuxarı

Rus silahlıları Krım parlamentini ələ keçirdi - Video/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus silahlıları Krım parlamentini ələ keçirdi - Video/Yeniləndi

10:04

Krım Ali Radası və Nazirlər Şurası silahlı şəxslər tərəfindən ələ keçirilib.

"Axar.az" xəbər verir ki, bu barədə Krım Tatar Məclisinin lideri Refat Çubarov özünün Feysbuk səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 27-də gecə saatlarında Krım Ali Radası və Nazirlər Şurası naməlum silahlı şəxslər tərəfindən basqına məruz qalıb.

"20 dəqiqə əvvəl zəng elədilər. Bildirdilər ki, Krım Ali Radası və Nazirlər Şurasının binası üzərində heç bir nişanı olmayan formalar geyinmiş naməlum silahlı şəxslər tərəfindən tutulub. Onlar hələ ki, heç bir tələb irəli sürməyiblər" deyə Çubarov yazıb.

10:22

Məlumata görə, naməlum şəxslər parlament binasında Rusiya bayrağı qaldırıblar. Binadakı bütün işçilər, milislər oradan uzaqlaşdırılıb, girişdə barrikadalar qurulub.

Artıq bina hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Şəhərdəki bütün məktəblər bağlanıb, rəhbərlik dinc sakinlərə çölə çıxmamalarını tövsiyə edib.

11:09

Təxminən 30-a yaxın silahlı şəxs avtomat və digər atıcı silahlarla silahlanaraq parlamentin çöl şüşələrinə atəş açıblar. Hüquq-mühafizə orqanlarından heç kim xəsarət almayıb.

Hadisə yerində olan şəhər sakinlərindən biri onlardan kim olduqlarını soruşub. Silahlılar da rus olduqlarını deyiblər.

Şahid mətbuata açıqlamasında bildirib ki, həmin şəxslər dəniz desantları kimi silahlanıblar.

11:29

Krım Ali Radası və Nazirlər Şurası binasının tutulması səbəbindən Simferopolda Daxili Qoşunlar və bütün milis heyəti ayağa qaldırılıb.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov özünün Feysbuk səhifəsində yazıb.

"Mülki vətəndaşlar arasında qan tökülməsinin qarşısının alınması üçün parlamentin yerləşdiyi ərazi mühasirəyə alınıb. Ekstremist addımların qarşısının alınması üçün bütün tədbirlər görülüb. Hadisənin şəhərin mərkəzində silahlı qarşıdurmaya çevrilməsinə icazə verilməyəcək. Soyuq başların, sağlam qüvvələrin gücləndirilməsi və dəqiq addımlar vaxtıdır" deyə Avakov yazıb.

11:43

"Parlamentin tutulması əvvəlcədən hazırlanmış plan olub. Əvvəlcə 30- a yaxın şəxs binaya daxil olaraq, oradan milis qüvvələrini çıxardılar. Sonra avtobusla "Kalaşnikov", SVD snayper tüfəngi və RPQ qumbaraatanları ilə silahlanmış daha 30 nəfər gətirildi".

Bu barədə hadisə şahidlərindən biri məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin özləri ilə gətirdikləri silahlar vasitəsilə 200 nəfəri silahlandırmaq olar: "Binanı tutan şəxslər heç kimlə danışmırlar, sanki kimisə gözləyirlər".

Tarix
2014.02.27 / 11:43
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla