Yuxarı

Qəzzada girov saxlanılanların ailələri Trampa məktub yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzada girov saxlanılanların ailələri Trampa məktub yazdı

İsrail Baş naziri Benyamin Netanyahunun Ağ Evə səfəri ərəfəsində HƏMAS tərəfindən girov saxlanılanların ailələri ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

“Hörmətli cənab Prezident, ailələrimiz dəhşətli və ağır bir sınaqdan keçir. Sizin bu reallığı tanımağınız və yaxınlarımızı geri qaytarmaq üçün göstərdiyiniz əzm heç vaxt unudulmayacaq. Hər gün siz dünyaya xatırladırsınız ki, 48 sevdiyimizin evlərinə qayıtması və bu müharibənin birdəfəlik bitməsi vacibdir. Sizin və ABŞ-ın gücünə inanır və ona ümid edirik. Siz bunun üçün cəsarətlə çağırış etdiniz, amma biz hələ də onların azadlığı uğrunda mübarizə aparırıq”, - məktubda deyilib.

Ailələr Trampdan Netanyahunun görüşdən razılaşma olmadan qayıtmasına imkan verməməyi xahiş ediblər.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri HƏMAS tərəfindən Qəzzaya aparılmış 251 nəfərdən 48-i hələ də girov saxlanılır.

Tarix
2025.09.29 / 13:23
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla