Yuxarı

Tramp və Netanyahu Qəzza planını elan etdi: Nələr daxildir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Netanyahu Qəzza planını elan etdi: Nələr daxildir?

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu Ağ Evdə mətbuat konfransı keçirərək Qəzza zolağında müharibəyə son qoymaq planını elan ediblər.

Axar.az xəbər verir ki, konkret olaraq, Ağ Ev rəhbəri İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 bəndlik plan təklif edib. Bu plana daxildir:

- Qəzza beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə veriləcək. Vəziyyəti sabitləşdirmək üçün beynəlxalq qüvvələr də yerləşdiriləcək.

- Qəzzalıların məcburi köçürülməsi olmayacaq. "Heç kəs Qəzzanı tərk etməyə məcbur edilməyəcək, lakin tərk etmək istəyənlər bunu edib geri qayıda biləcəklər", - Tramp əlavə edib.

- HƏMAS Qəzzanı idarə etməkdən uzaqlaşdırılacaq. Əgər onun üzvləri silahlarını könüllü şəkildə yerə qoymağa hazırdırlarsa, onlara amnistiya vəd ediləcək.

- İsrail bu razılaşmanı rəsmi olaraq qəbul etdikdən sonra 72 saat ərzində diri və ya ölü bütün girovlar azad edilməlidir.

- İsrail 2023-cü il oktyabrın 7-dən sonra ömürlük həbs cəzasına məhkum edilmiş 250 və həbs edilən 1700 qəzzalını azad edəcək.

- "Biz Qəzzanı İdarəetmə Şurası yaradırıq. Onun tərkibinə bir çox hörmətli insanlar daxil olacaq. Mən də Toni Bler kimi orada olacağam. Biz Dünya Bankı və digər qurumlarla işləyəcəyik. HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq", - ABŞ prezidenti qeyd edib.

ABŞ prezidenti gələcəkdə anlaşılmazlıqların qarşısını almaq üçün İsrail, ABŞ və Qətər arasında üçtərəfli formatın işə salındığını da açıqlayıb.

Eyni zamanda Netanyahu bəyan edib ki, HƏMAS dərhal girovları azad etməli və silahlarını yerə qoymalıdır, bundan sonra İsrail geri çəkilməyə hazır olacaq.

Tarix
2025.09.30 / 00:44
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla