Yuxarı

Rus mediası yolda namaz qılanı "vəhşi" kimi təqdim etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus mediası yolda namaz qılanı "vəhşi" kimi təqdim etdi - Video

Rusiyanın Krasnodar şəhərində bir kişinin küçədə namaz qılması yerli Kreml yönlü kanallar tərəfindən mənfi şəkildə işıqlandırılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində — 36-cı gimnaziya, prokurorluq və vilayət məhkəməsinin yaxınlığında baş verib. Kanal paylaşımında bunu “şok hadisə” kimi təqdim edərək yazıb ki, guya uşaqlar qorxu içində qalıb və belə mənzərə “adi şəhər mədəniyyətinə uyğun deyil”.

Paylaşımı izləyən bir sakin belə yazıb:

“Krasnodar, şəhərin mərkəzi — məktəb, prokurorluq və məhkəmə yaxınlığında. Uşaqlar şok keçiriblər. Biz kənddə yaşayırıq, amma orada belə şey heç vaxt olmayıb! Bu yerdən məscidə piyada cəmi 12 dəqiqəlik məsafə var! Arvadım orada uşaqlarla tək idi”.

Sosial şərhlərdə bildirilir ki, yolda sakit şəkildə namaz qılan bir müsəlmanın bu formada təqdim olunması təsadüfi deyil — ekspertlərə görə, bu cür xəbərlər İslama və müsəlmanlara qarşı yeni linç kampaniyasının başlanğıcı ola bilər.

Müşahidəçilər qeyd edirlər ki, Kremlin nəzarətində olan media son aylarda dini kimlikləri hədəfə alan təbliğatı artırıb və bu, ictimai nifrət və qorxu mühitini gücləndirməyə xidmət edir.

Tarix
2025.10.05 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

ABŞ başa düşməlidir: Azərbaycanlılar onu istəmir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla