Yuxarı

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib.

O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.

Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsirova isə 3000 manat borcu qaytarmağı təklif etsə də, o, pulu qəbul etməyib:

"Hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam, amma qaytarmışam. Mən siyasətçiyəm, heç kimə də yalan vəd verməmişəm".

İclasa sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.

Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.

Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verərək bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib:

"Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Yaxın münasibətimiz olub. Düzdür, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev-alqı satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra xəstəxana layihəsinə pul yatırıb qazanacağını bildirərək yenə məndən pul alıb tenderə yatırıb. Oradan səs çıxmayanda pulu götürərək Azərbaycanda lombarda və şirkətə yatırım edib pul qazanacağımız vədləri verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazancam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat borc da alıb. Düşündüm ki, bu necə iş adamıdır?"

Bu zaman Anar Əsədli ilə zərəçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.

Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib.

O.Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: "Biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Mən də gedib şikayət etdim. Nəticədə mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Dedim ehtiyacım olan 68 min manatı götürüm, qalanını ödəyərsən. Notariusda Anar Əsədli mənə dedi ki, bunu götür, amma daha nəsə istəmədiyinlə bağlı sənəd imzala".

Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam etdiriləcək.

Tarix
2026.01.09 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla