Yuxarı

Tiflisdə ticarət mərkəzində güclü yanğın - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə ticarət mərkəzində güclü yanğın - Foto

21:54

Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən "Qızıl Ark" (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.

Axar.az xəbər verir ki, yanğın ticarət mərkəzindəki mağazalardan birində başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Mağaza sahiblərinin sözlərinə görə, yanğın qızıl mağazasında başlayıb və sonra digər mağazalara keçib.

***

Ticarət mərkəzində yanğın tam söndürülüb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili məlumat verib.

Qeyd olunub ki, yanğın nəticəsində restoran sahəsinə aid 300 kvadrat metrlik sahə yanıb.

Tarix
2026.01.09 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla